Sentyabr 30, 2022

Ukrayna Milli Bankı devalvasiyaya getməli olub

Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.

 

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb.

 

Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir.

 

“Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”, – deyə UMB-nin açıqlamasında qeyd olunub.

 

Müxbir: Əzizə Əlizadə

Translate »