May 22, 2022

Ukrayna Milli Qvardiyası: Kiyevdə vəziyyət sakit və nəzarətdədir

“Kiyevdə vəziyyət sakit və nəzarətdədir”.

Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının feysbuk səhifəsində bildirilib.

Qeyd olunur ki, polis Ukrayna Milli Qvardiyasının hərbi qulluqçuları ilə birlikdə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsi istiqamətində intensiv xidmət göstərir.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi təhlükəsizlik tədbirləri və ekstremal şəraitdə davranış qaydaları ilə bağlı insanlara izahat işləri aparırlar.

“Paytaxtda vəziyyət tam nəzarət altındadır. Biz Kiyev əhalisini təşvişə düşməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz vəzifələrini yerinə yetirməkdə hər cür köməklik etməyə çağırırıq”, – məlumatda deyilir.

Qeyd edək ki, Kiyev şəhər hakimiyyəti fevralın 24-dən komendant saatı tətbiq edib. Belə vəziyyət saat 22:00-dan 07:00-a kimi fəaliyyət göstərəcək. Müəyyən kateqoriyadan olan vətəndaşların sənədləri olduqda hərəkəti mümkün olacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »