“Ukrayna Alyansa qoşulacaq. Yeganə sual onun nə vaxt qoşulacağıdır”.
Turaz.org xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Ukraynanın Alyansa üzv olacağına artıq şübhə etmir.
“Bütün NATO müttəfiqləri Ukraynanın Alyansa üzv olacağına razıdır. Bütün müttəfiqlər razılaşırlar ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir”, – Stoltenberq bildirib.
“Məsələ ondadır ki, Ukraynanın NATO-ya nə vaxt daxil olacağı barədə mən sizə heç nə deyə bilmirəm”, – baş katib əlavə edib.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib