Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.
Bu barədə Turaz.org Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığına istinadən xəbər verir.
Qeyd edilir ki, ərazidə təmizləmə işləri aparılır, yerli sakinlərə humanitar yardımlar çatdırılır,
“Hazırda yaşayış məntəqələri Rusiyanın işğalından azad edilib. Ərazi Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən təmizlənir və nəzarət olunur. Əhaliyə humanitar yardımlar çatdırılır”, – məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiya qoşunlarının sıradan çıxarılmış texnikasının fotolarını da nümayiş etdiriblər.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
Azərbaycan XİN Norveçi Milli Gün münasibətilə təbrik edib