May 18, 2022

Ukrayna Prezident Ofisi: “Rusiya 10 həmlə qoşunundan 4-nü itirib”

Rusiya Silahlı Qüvvələri Ukraynada 11 tank taboru, 34 zirehli döyüş maşını taboru, 5 reaktiv atəş sistemi diviziyası, 17 artilleriya diviziyası, təxminən 5 təyyarə alayı və 5 helikopter alayı itirib.

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, rəqib Ukrayna ərazisində hücum imkanını itirib: “O taktiki gedişlər edir. Ehtiyat qüvvələrini cəmləşdirməsi çətinləşib. Bizim raket qoşunumuz, artilleriya və aviasiyamız onlara dağıdıcı zərbə endirir. Biz Rusiyanın 3 həmlə qoşununu və 1 aviasiya qoşununu məhv etmişik. Rusiya 10 qoşunundan 4-ünü itirib”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin 15 minə yaxın canlı qüvvə itirdiyini bildirib. Rusiya isə 500-ə yaxın hərbçisini itirdiyini etiraf edib.

Xatırladaq ki, Rusiya Ukraynada fevralın 24-dən hərbi əməliyyat keçirir.

Müxbir: Əzizə Əlizadə

Translate »