Oktyabr 3, 2022

Ukrayna Prezident Ofisi: Rusiya referendum keçirə bilməyəcək”

Rusiya Silahlı Qüvvələri referendum keçirmək istədikləri əraziləri nəzarətdə saxlaya bilməyəcək”.

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, qarşı tərəf daim saxta səsvermə tarixini dəyişir: “Amma mən bu barədə danışmaq istəmirəm. Çünki biz belə bir referendumun keçirilməyəcəyinə əminik. Bu ərazilər Rusiyanın nəzarətində olmayacaq”.

İqor Jovkva vurğulayıb ki, Kreml özü də səsvermənin keçiriləcəyinə əmin deyil. O hesab edir ki, Rusiya məhz buna görə də tez-tez referendumun keçiriləcəyi tarixi dəyişir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın sentyabrın sonunadək referendum keçirəcəyi barədə məlumat yayılmışdı.

Translate »