Mart 29, 2023

Ukrayna Prezidenti əhalini təşvişə düşməməyə çağırıb

“Vladimir Putin Ukraynanı məhv etmək istəyir. O, bütün demokrtaik dünya ilə müharibəyə başlayıb”.

Turaz.org “UNIAN”a istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski xalqa müraciətində deyib.

“Ukrayna ordusu layiqli mübarizə aparır. Biz təkcə bombalarla deyil, həm də saxta xəbərlərlə hücuma məruz qalırıq. Odur ki, rəsmi mənbələrə inanmaq lazımdır”, – dövlət başçısı vurğulayıb.

O, yerli əhalini təşvişə düşməməyə çağırıb: “Bizim həmrəyliyə ehtiyacımız var. Ukraynalılar güclüdürlər, cəsarətlidirlər. Biz bunu bir neçə dəfə sübut etmişik”.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukraynaya hücuma başlayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »