Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.
Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.
“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, – məlumatda vurğulanıb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Goranboyda qəza olub, xəsarət alanlar var
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Buraxılış imtahanlarının nəticələri açıqlanıb