Fevral 3, 2023

Ukrayna-Rusiya danışıqlarının 4-cü raundu başlayıb

Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb.

Turaz.org-un xəbərinə görə, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Danışıqların 4-cü turu keçirilir. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var”, – o bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »