Dekabr 5, 2022

Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

Rusiya ilə mümkün danışıqlar üçün yeganə real təklif Ukraynaya qarşı müharibənin dərhal dayandırılmasıdır.

Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko feysbuk səhifəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya cinayət törətməkdə davam edirsə, bunun cavabı döyüş meydannda olmalıdır.

Nikolenko qeyd edib ki, Rusiya Ukrayna ilə 1991-ci ildəki sərhədlərə qayıtmalıdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfinin hələ də Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara hazır olduğunu açıqlayıb.

 

Müxbir: Əzizə Əlizadə

Translate »