May 18, 2022

Ukrayna XİN başçısı paytaxt Kiyevin ağır bombardmana məruz qaldığını deyib

Ukrayna XİN başçısı paytaxt Kiyevin ağır bombardmana məruz qaldığını deyib.

Turaz.org xəbər verir ki,o bildirib ki, Ukrayna ərazisinə yalnız Rusiyadan deyil, Belarus ərazisindən də raketlər atılır.

“Ukrayna xalqı müqavimət göstərir, savaşır. Dörd gündür, davam edən hücumda Rusiya strateji hədəfinə çatmayıb”, – Ukrayan XİN başçısı deyib.

D. Kuleba bildirib ki, bütün istiqamətlərdən hücumlara baxmayaraq, Rusiya əsas şəhərləri ələ keçirə bilməyib.

O, mülki obyektlərə, yaşayış binalarına, uşaq bağçalarına raket zərbələri endirildiyini deyib, bunu edənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inandığını söyləyib.

Nazir müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq koalisiyasına 84 ölkə, 13 təşkilatın qoşulduğunu deyib: “Rusiya təcridlə üzləşib. Putin Avropaya pəncərəni bağlayır”.

Biz ön cəbhədə mübarizə aparırıq, qurbanlar veririk, siz də bizə dəstək verin, müdafiə edin.

Müxbir: Əzizə Əlizadə

Translate »