May 18, 2022

Ukraynada təzyiqlər davam edir: Bayden mütləq Putin ilə zirvə görüşü tələb edir

ABŞ prezdenti Coe Bayden Rusiya prezidenti Vladimur Putin ilə Ukraynada baş verən böhranı müzakirə etmək üçün mütləq şəkildə zirvə görüşü tələb edir. 

Turaz.org  xəbər verir ki, Ağ Evdən verilən məlumata istinadən Fransanın təklif etdiyi danışıqlar yalnız Rusiya qonşu Ukraynanı işğal etmədiyi halda baş tutacaq.

Görüş son on illərdir, Avropada ən dəhşətli təhlükəsizlik məsələlərinin mümkün diplomatik həllini təklif edə bilər.

ABŞ rəsmiləri bildirir ki, kəşfiyyat qrupları Rusiyanın hər an hərbi əməliyyat başlamağa hazır olduğunu bildirir, lakin Moskva bunu inkar edir.

Bu təklif prezident Emmanuel Makron və cənab Putin arasında ümumi 3 saat davam edən iki telefon danışıqlarından sonra Fransa rəhbərliyi tərəfindən elan edilib.

İkinci telefon danışığı Moskva vaxtı ilə bazar ertəsi səhər saatlarında baş verdi və cənab Makronun cənab Baydenlə apardığı 15 dəqiqəlik söhbətdən sonra oldu.

Cənab Makronun ofisi mümkün sammitin təfərrüatlarının cümə axşamı ABŞ dövlət katibi Antoni Blinkenlə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə müzakirə ediləcəyini bildirib.

Bu təklifi təsdiqləyən bəyannamədə Ağ Ev Rusiyanın Ukraynaya qarşı yaxın zamanlarda geniş miqyaslı hücumlara hazırlaşmağa davam etdiyini və bu halda ABŞ-ın ona “sürətli və ağır cavablar” verəcəyini bildirib.

ABŞ araşdırmalarına istinadən , Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 150 mindən çox qoşun yerləşdirib.

ABŞ-ın “Maxar” şirkəti bildirib ki, yeni peyk görüntüləri Ukrayna ilə sərhədə yaxın ərazilərdə Rusiya qarnizonlarından zirehli texnika və qoşunların bir neçə yeni sahəyə yerləşdirilməsini göstərir ki, bu da hərbi hazırlığın artdığını xəbər verir.

Fransa rəhbərliyindən verilən məlumata görə, cənab Putin böhranın daha çox diplomati yolla həlli zərurəti olduğuna razılaşıb. Atəşkəs əldə etmək məqsədi ilə ” bir neçə saat ərzində” görüşü təmin etmək üçün “gərgin iş” aparılacağı bildirilib.

Kreml cənab Putinin gərginliyin artmasında Ukrayna hərbi qüvvələrini gunahlandırdığını bildirib. Ukrayna bunu Moskvanın müdaxilə üçün bəhanə olaraq təxribat işləri kimi adlandıraraq rədd edibş

Belə ki, Fransa rəhbərliyi hər iki lider Rusiya, Ukrayna, Fransa və Almaniyanın daxil olduğu Ukraynanın şərqindəki münaqişənin həlli üçün yaradılmış Normandiya Dörtlüyü danışıqları bərpa etməyə razılaşdığını bildirib.

Böyük Britaniya Baş Naziri Boris Conson bildirib ki, cənab Putinin cənab Makron qarşısındakl öhdəlikləri onun bu münaqişəni hələ də diplomatik həll tapmaqda iştirak edəcəyinə razılıq əlamətidir. Ancaq cənab Conson cənab Putinin indiki təhdidlərdən geri çəkilməyə və qoşunlarını Ukrayna sərhədindən çıxarmağa çağırıb.

Bundan əvvəl Rusiya 30 min rus hərbçisinin yerləşdiyi Belarusda bazar günü başa çatmalı olan hərbi təlimlərin uzadılacağını açıqlamışdı. Belarus bəyanatında təlimlərin uzadılmasının səbəblərindən biri kimi Ukraynanın şərqindəki “vəziyyətin pisləşməsi” göstərilir.

CNN kanalına danışan ABŞ dövlət katibi Blinken “ etdiyimiz bütün təkliflər olduqca ciddidir və biz işğalın astanasındayıq “ deyə bildirib.

“Həqiqətən tanklar yerləşdirilənə və təyyarələr ucanaqədər, diplomatiyanın Prezident Putinin bu addımı atmaqdan geri çəkindirəcəyi bütün imkanları və fürsətləri dəyərləndirəcəyik.” Deyə o əlavə edib.

Onun şərhləri ABŞ mediasında yayılan əsassız xəbərlərin Vaşinqtonun hücumun qaçılmaz olaraq başlayaçağına inandığı vaxtda gəldi.

ABŞ-ın yerdəki rus dəstələrinin işğala davam etmək əmri aldıqları və indi necə hücum etmək barədə xüsusi döyüş planları hazırladıqları barədə kəşfiyyat qrupları məlumatı verir.

Bildirilir ki, qüvvələr paytaxt Kiyevi işğal etmədən əvvəl işğal kiber hücumlarla, reaktiv raket və hava hücumları ilə başlaya bilər

Adı açıqlanmayan kəşfiyyat rəsmisi CNN kanalına bildirib ki, Rusiyanın qüvvələrinin təxminən 75%-i hazırda Ukrayna sərhədində hazırdır. O bildirib ki, Rusiya qüvvələrinin Ukraynanın zərbə məsafəsində yerləşdirməsi olduqca qeyri-adi idi.

Lakin Ukrayna Müdafiə naziri Aleksey Reznikov Rusiyanın sərhəddə heç bir “zərbə komandaları” yerləşdirmədiklərindən sabah və ya birigün hücum etmə riski yoxdur.

Luqansdakı üsyancılar Ukrayna qüvvələrinin 2 mülki vətəndaşa atəş açaraq öldürdüyünü bildirir, lakin Kiyevdəki məsul şəxslər hər hansı müdaxilə olduğunu inkar ediblər.

Bir neçə milyonluq əhalidən minlərlə dinc sakin separatçı ərazilərdən Rusiyaya təxliyə olunur, döyüş üçün uyğun olan kişiləri isə döyüşmək üçün səfərbər edilir.

Moskvadakı ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukrayna ilə sərhəd zonaları da daxil olmaqla, Rusiyada ictimai yerlərdə potensial hücumlar barədə xəbərdar edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu addımı tənqid edib.

Cənab Putin NATO-nun Rusiya ilə sıx əlaqələri olan keçmiş sovet dövləti olan Ukraynanı qəbul etməyəcəyinə dair təminat tələb edir, Qərb alyansı isə bunun Rusiya üçün hər hansı təhlükə olduğunu inkar edir.

Rusiyanın hərbi müdaxiləsinin Ukraynanın şərqindəki ən azı 14 min insanın həyatına son qoymuş münaqişədən daha qanlı müharibəyə başlaya biləcəyi ilə bağlı qorxular var.

Tərcümə etdi:Yusubova Nigar

Translate »