Oktyabr 2, 2022

Ukraynalı döyüşçü Azərbaycana dəstək çıxdı

Azərbaycan Ordusunun erməni terrorçularına qarşı keçirdiyi “Qisas” əməliyyatına Ukraynadan dəstək gəlib.

Bu barədə Turaz.org-a açıqlama verən Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, ictimai xadim, hazırda Rusiyaya qarşı döyüşdə iştirak edən Dmitro Kulibaba ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini söyləyib.

O bildirib ki, Azərbaycan dövlətinin öz ərazisində hərbi əməliyyat keçirməsi tam hüquqa əsaslanır:

“Hər bir ölkənin ərazisində olan separatçı qüvvələr mütləq cazalandırılmalıdır. Azərbaycanın bütövlüyünü qorumaq və maraqlarına hörmət etmək bizim üçün əsas istiqamətlərdən biridir. Ukraynalılar qardaş Azərbaycan xalqına həmişə dəstək mövqeyində çıxış edir. Azərbaycanın haqlı savaşında hər zaman yanındayıq. Bu gün dünyanın müxtəlif bölgələrində müharibə ocaqları var. Biz inanırıq ki, sonda ədalət qalib gələcək. Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Bunu biz yüksək qiymətləndiririk və dəstəkləyirik”.

Qeyd edək ki, avqustun 3-də Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror əməliyyatı keçirib. “Qisas” adı verilən əməliyyat erməni terrorçularının Laçında törətdikləri təxribata cavab olaraq başlayıb.

Translate »