Dekabr 5, 2022

Ukraynanın Baş naziri: “2023-cü ildə büdcəyə 55 milyard dollardan çox vəsait tələb olunacaq”

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, 2023-cü ildə ölkənin 55 milyard dollardan çox vəsaitə ehtiyacı olacaq.

 

Turaz.org yerli KİV-ə istinadən xəbər verir ki, o, Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) konfransında onlayn çıxışı zamanı Ukraynanın bundan sonra da ciddi maliyyə dəstəyinə ehtiyac duyacağını qeyd edib.

 

Bu rəqəmə bərpa layihələri üçün 17 milyard dollar və büdcə kəsirini qarşılamaq üçün ayda 3,5 milyard dollar daxildir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/qirgizistan-turkiyeden-muasir-pua-lar-alib/

Translate »