Ukraynanın Nikolayev bölgəsində Rusiya hərbçilərinin bombardmanı zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
“Turaz.org” UNİAN-a istinadən xəbər verir ki, bunu Nikolayevin meri Oleksandr Senkeviç telemarafon zamanı deyib.
“Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini – Solyanye və Severnını əhatə edib. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb”, – Senkeviç bildirib.
Onun sözlərinə görə, bombardmandan zərər çəkmiş ərazilərdə elektrikin verilişi dayanıb, çünki yarımstansiya dağılıb və yüksək gərginlikli xətlərdə problemlər yaranıb. Hazırda kommunal xidmətlər tərəfindən elektrik enerjisi bərpa olunur.
Senkeviç əlavə edib ki, şəhər 30-50 km məsafədən atəşə tutulub.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ