İyun 6, 2023

Ukraynanın Quru Qoşunlarının komandanı: “Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi tükənir”  

“Düşmənin Baxmuta hücum üçün canlı qüvvəsi azalır”.

Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski teleqramda yazıb.

O bildirib ki, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”.

A.Sirskinin sözlərinə görə, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur.

Qeyd edək ki, təxminən 6 aydır ki, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir.

Translate »