Yanvar 29, 2022

Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümüdür

 

Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümüdür.

Turaz.org xəbər verir ki, bu gün nəinki Azərbaycanın və Şərqin, dünyanın ən dahi siyasi liderlərindən biri olan Heydər Əliyevin vəfatından 18 il keçir.

10 may 1923-cü ildə Naxçıvanda doğulan Heydər Əliyev 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında işə başlamışdır. 1969-cu ildə Azərbaycan SSRİ MK Birinci Katibi seçilmiş və bundan sonra Azərbaycan SSRİ-nin açıq şəkildə inkişafı başlamışdır.

Məhz Heydər Əliyevin katibliyi dönəmində-1977-ci ildə Azərbaycan dili rəsmi dövlət dili elan edilmişdir. Bu 15 ittifaq respublikası arasında bir ilk idi.

Qəlbi hər zaman Azərbaycan xalqı ilə döyünən Ümumilli Lider Heydər Əliyev 1990-cı il iyul ayında vətəninə qayıdır və 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi çalışır.

Məhz onun Sədrliyi dönəmində üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda ucaldılır.

1993-cü il 3 oktyabr tarixində Prezident seçilən Heydər Əliyev 2003-cü il 12 dekabr tarixində müalicə aldığı ABŞ-ın Klivlend klinikasında vəfat etmişdir.

Vəfatının 18-ci ildönümündə Ümummilli Lider Heydər Əliyevi rəhmət və hörmətlə yad edirik. Allah rəhmət eləsin, amin.

Translate »