Oktyabr 4, 2022

UNEC-də distant təhsilə dair onlayn təlimlər təşkil olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə avqustun 31-dən sentyabrın 4-dək “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər keçiriləcək.

UNEC-dən verilən məlumata görə, təlimlər distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə təşkil olunur. Onlayn təlimlər ABŞ-ın Şimali Dakota, Kansas, George Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəyə malik olan Anadolu Universitetinin professorları tərəfindən keçiriləcək. Təqdimatlar dörd dilə (Azərbaycan, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndəriləcək.

Təlimlərdə “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdənkənar əlaqənin effektiv qurulması (“Google Classroom” proqramı), “Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları” mövzularında məruzələr dinləniləcək.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mənbə: AzEdu.az

Müxbir: TurAz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçinin bax : https://turaz.org/cenubi-koreya-paytaxtinda-mektebler-yeniden-baglanib/

https://tehsilim.org/umumtehsil-mekteblerinde-sahmati-tedris-eden-genc-muellimler-arasinda-muxtar-respublika-birinciliyi-kecirilib/

Translate »