Oktyabr 24, 2021

UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlayıb

 

2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.
 
Turaz.org xəbər verir ki, proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

– UNEC-in birinci kursunu başa vurmalı;
– Minimum orta bal (ÜÖMG) – 71 bal;
– Rus dilini sərbəst bilməlidir.
Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla international@unec.edu.az email ünvanına təqdim olunmalıdır:

Akademik transcript

CV (rus və ya azərbaycan dilində)

Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)

Rusiyada təhsil müddəti – 1 il
Tədris dili – rus dili
Təhsil haqqı – 220 000 rubl
Qeydiyyat haqqı – yoxdur
Son müraciət tarixi: 28 Sentyabr
Maraqlananlar suallar üçün zoom linki vasitəsilə təşkil olunacaq online kosultasiyada iştirak edə bilərlər.
Tarix: 24 sentyabr 2021-ci il saat 17.00-da

Müxbir: Nağızadə Ayşən

Translate »