Sentyabr 30, 2022

UNESCO Beyrutda mədəni irsin və təhsilin bərpası üçün xüsusi fond yaratdı

UNESCO Beyrutda mədəni irsin və təhsilin bərpası üçün xüsusi fond yaratdı

UNESCO avqustun 4—də Beyrutda dəhşətli partlayış nəticəsində dağılmış mədəni irs abidələrinin, məktəblərin, muzey və kitabxanaların bərpası üçün beynəlxalq fond yaradıb.

bu barədə Livan paytaxtında səfərdə olan təşkilatın Baş direktoru Odri Azulay bəyanat verib. O qeyd edib ki, Beyrutda 8 minə yaxın mədəniyyət və təhsil obyekti, o cümlədən 640 tarixi bina zərər görüb və ya dağılıb.

Odri Azulay jurnalistlərə müsahibəsində qeyd edib ki, UNESCO yeni yaradılan fondun vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə Livan hökuməti ilə sıx əməkdaşlıq edəcək. “Biz UNESCO-nun üzv ölkəsi olan Livanın mədəniyyət və təhsil obyektlərinin bərpası üçün beynəlxalq ictimaiyyəti səfərbər edəcəyik, tezliklə Beyrutun qədim mədəni irs abidələrini, habelə təhsil ocaqlarını birlikdə əvvəlki vəziyyətinə qaytaracağıq”, -deyə təşkilatın Baş direktoru vurğulayıb.

BMT-nin Beyrutda təhsil prosesinin bərpasına ayırdığı 23 milyon dollarla yanaşı, UNESCO yeni fondun vəsaiti hesabına partlayış nəticəsində dağılmış 159 məktəbdən 40-nı yenidən tikmək niyyətindədir. Təşkilat yaxın aylarda 85 min şagird üçün distant təhsilin təşkilini də nəzərdə tutur. Gələn həftə isə UNESCO Qlobal Təhsil Koalisiyasının Beyrutda vəziyyətlə əlaqədar xüsusi sessiyası keçiriləcək. Odri Azulay deyib: “Biz Beyrutunu əvvəlki görkəmini bərpa etməliyik. Bu məqsədlə beynəlxalq səyləri gücləndirmək niyyətindəyik”. O əlavə edib ki, sentyabrda UNESCO-nun donorlarının konfransı da təşkil ediləcək.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Hemcinin bax https://turaz.org/baki-muhendislik-ve-inha-universitetleri-arasinda-ikili-diplom-proqrami-uzre-muqavile-imzalanib/

https://turaz.org/zlatan-ibrahimovic-milanile-yeni-raziliq-elde-etdi/

Translate »