Sentyabr 30, 2022

Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

Fevralın 16-dan ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Turaz.org xəbər verir ki, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək. 

Xüsusi Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: /turaz.org/ermeni-terrorcunun-meyitinin-qaliqlari-tehvil-verildi/

Həmçinin bax: tehsilim.org/reqemsal-iqtisadiyyat-muasir-cagirislar-ve-real-imkanlar-konfrans-elani

Translate »