Noyabr 27, 2021

Uqandanın paytaxtı Kampalada iki partlayış baş verib

Uqandanın paytaxtı Kampalada çərşənbə axşamı səhər saatlarında iki partlayış baş verib, biri ölkə parlamentinin əsas qapısından bir neçə metr aralıda, digəri isə şəhərin mərkəzi polis idarəsi yaxınlığında olub.

Turaz.org xəbər veriri ki, partlayış yerlərinin yaxınlığındakı bir neçə avtomobil partlayışlar zamanı yanıb. Yanğınsöndürənlər, bomba qrupları və bir neçə təhlükəsizlik qurumu ətrafın təhlükəsizliyini təmin etmək üçün işləyir.

Təcili yardım maşınları hadisə yerinə girib-çıxır, lakin itkilərin sayı hələ də məlum deyil.

Son iki həftə ərzində Uqandanın müxtəlif yerlərində ən azı dörd bomba partladılıb.

Prezident Yoveri Museveni, Müttəfiq Demokratik Qüvvələrin (ADF) üsyançı qrupunun məsuliyyət daşıdığını desə də, İŞİD kimi tanınan Deaş terror qruplaşması hücumlardan birinə görə məsuliyyəti öz üzərinə götürüb.

Tərcümə etdi: Aytac İsrayılova

Translate »