Oktyabr 28, 2021

Urmambetov ilə Rudolf Hykl arasında görüş keçirilib

Qırğızıstan və Çexiya hüquq-mühafizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər

Qırğızıstan Daxili İşlər Nazirliyində çərşənbə günü daxili işlər nazirinin müavini Oktyabr Urmambetov ilə Çexiyanın Qazaxıstan və Qırğızıstandakı səfiri Rudolf Hykl arasında görüş keçirilib.

Turaz.org xəbər verir ki, görüşdə Çexiyanın Qırğızıstandakı fəxri konsulu Marat Canbayev, Daxili İşlər Nazirliyi Stalbəy Rəhmanov, Çexiyanın Qazaxıstan və Qırğızıstandakı səfirliyinin iqtisa9di diplomatı Olqa Kalinova və Qırğızıstanın ictimai təhlükəsizlik xidmətinin rəisi də iştirak ediblər.

Görüş zamanı tərəflər fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri və Qırğızıstan-Çexiya münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları hüquq -mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirmiş və onu daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirmişlər.

Sonda nazir müavini Urmambetov bugünkü görüşün tərəflər arasında fəal əməkdaşlığın qurulmasına yeni təkan verəcəyini qeyd edib.

O, həmçinin Daxili İşlər Nazirliyinin ölkələrdəki təhlükəsizlik naminə bütün sahələrdə sıx əməkdaşlığa açıq olduğunu və təcili problemlərin həllində kömək etməyə hazır olduğunu təsdiqləyib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/taliban-efqanlarin-bank-emanetlerinin-tehlukesizliyini-temin-edecek/

Translate »