May 16, 2022

Urmiya soyqırımından 104 il keçir

Güney Azərbaycanın qərb bölgələrində törədilən soyqırımından 104 il keçir.

Turaz.org xəbər verir ki, erməni, aysor və yezidi kürdlər tərəfindən Güney Azərbaycanın qərb bölgələrində yaşayan azərbaycanlılara qarşı törədilən soyqırımdan 104 il keçir.

Təkcə 1918-ci il 21 mart tarixində Urmiyada ermənilər tərəfindən törədilən soyqırımda 100 mindən çox soydaşımız şəhid edilib.

Urmiyadan başqa, Xoyda, Suldusda, Makuda, Salmasada və digər qərb bölgələrindən törədilən soyqırımı zamanı isə ümumilikdə 150 mindən çox soydaşımız şəhid edilib.

Allah cümlə şəhidlərimizə rəhmət eləsin, amin.

Translate »