Oktyabr 4, 2022

Uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunması müəyyən uşaq sayı gözlənilməklə məqbul sayılır

Təhsil İnstitutunun təklif etdiyi variantlarda “sarı” zonalarda uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunması müəyyən uşaq sayı gözlənilməklə məqbul sayılır.
AZƏRTAC xəbər verir ki, bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, narıncı zonalarda məktəbəqədər pillədə uşaqların yalnız təhsil komponenti ilə əhatə olunması təklif olunur. Bu o deməkdir ki, uşaqlar uşaq bağçalarına gün ərzində 1-2 dəfə oynayaraq öyrənmək üçün, fiziki məsafəni saxlayan oyunlardan istifadə edərək öyrənmək üçün gələcəklər.
“Əsas problem ümumi təhsildir. Çünki ümumi təhsil həm təhsilverənlərin, həm də təhsilalanların sayı nöqteyi-nəzərindən ən kütləvi təhsil pilləsidir. Təhsil İnstitutu onun səviyyələr üzrə paylanmasını təklif edir. İbtidai təhsil səviyyəsində uşaqların hələ müstəqil öyrənmə bacarıqları kifayət qədər formalaşmayıb. Bu təhsil səviyyəsində uşaqların daha çox məktəbə gəlməsi nəzərdə tutulur. Ümumilikdə, hər iki region yəni “sarı” və “narıncı” zonada olan regionlar üçün uşaqların hibrid formada dərslərə qoşulması təklif edilir. Hibrid formada məzmunun daha çox nəzəri, yəni müəllim tərəfindən izaha ehtiyac olan hissəsi virtual dərslər və teledərslər vasitəsilə ötürülə bilər. Praktik hissə isə məktəbdə uşaqların kiçik qruplar şəklində yığılıb, biz buna seyrəldilmiş şagird cədvəli deyirik, bu şəkildə məktəbə gəlib dərslərə davam etməsi nəzərdə tutulur”, – deyə Vəfa Yaqublu vurğulayıb.

Mənbə: azertag.az
Müxbir: Zahidə Nəbizadə

Hemcinin bax https://kafkazh.com/operativ-qerargahin-karantin-rejimile-elaqedar-respublika-videomusaviresi-kecirilib/https://kafkazh.com/azerbaycanin-sefiri-qazaxistan-senatina-seckilerde-musahideciler-missiyasina-rehberlik-edecek/

Translate »