Dekabr 5, 2022

Van Qoqun indiyədək məlum olmayan şəkli tapılıb

Niderlandın Beneden-Leuven şəhərinin sakini Andries van Beijk köhnə əşyaların satıldığı bazardan aldığı fotoalbomda rəssam Vinsent van Qoqun (1853-1890) indiyədək məlum olmayan şəklini tapıb.

Turaz.org xəbər verir ki, bu barədə “Omroep Gelderland” telekanalı məlumat yayıb.

“Mən bu ailə albomunu Purmerend şəhərindəki bit bazarında almışam. Evdə fotoşəkillərə baxanda Van Qoqun atası ilə eyni küçədə yaşayan Bredadan olan fotoqraf Dirk-Jan Le Grandın qeydinə rast gəldim”, – o deyib.

Şəkil hazırda Amsterdamdakı Van Qoq Muzeyində mütəxəssislər tərəfindən öyrənilir.

Telekanalın məlumatına görə, hazırda Van Qoqun yalnız bir sağ qalmış şəkili məlumdur.

Translate »