Sentyabr 30, 2022

Vanda terrorçulara məxsus silah və sursatlar ələ keçirilib

Türkiyə Daxili İşlər Nazirliyi Vanda jandarma qruplarının keçirdiyi əməliyyat zamanı terrorçulara məxsus silah, sursat və can-sağlığı materiallarının ələ keçirildiyini açıqlayıb.

Nazirlikdən Turaz.org-a verilən məlumata görə, “Şəhid Jandarma Uzman Çavuş Enes Koçak əməliyyatı” Şəhər Jandarma Komandirliyi tərəfindən Gürpınar rayonunun Aruh Yaylası çöl sahəsində, kəşfiyyat əsasında həyata keçirilib.

Müəyyən edilmiş sığınacaqda: 1 ədəd “Uzi” avtomatı, 1 ədəd güllə darağı, 70 ədəd “Uzi” avtomatının sursatı, 1 ədəd “Glock” silahı, 1 ədəd səsboğucu, 1 ədəd RPG-7 reaktiv yaylım atəşi, 1 ədəd əldəqayırma partlayıcı, 50 ədəd AK-47 “Kalaşnikov” tüfənginin sursatı, 1 ədəd avtomobil radiosu, 1 ədəd əl radiosu, 1 tank əleyhinə sursat, 1 gecə görmə dürbünü, 1 termal kamera dürbünü, 20 detonator və bir çox sağlamlıq materialı.

Müxbir və tərcümə: Zeynəb Qurbanlı
Mənbə: “CNN Türk”
Həmçinin bax: turaz.org/ozbekistan-yeni-enerji-bazari-idareetme-sistemi-tetbiq-etmeyi-planlasdirir
Həmçinin bax: kafkazh.com/qetl-gunu-romani-sicovullasan-dusunce-problemi

Translate »