May 18, 2022

Vatsapda yeni funksiya yaradılıb

Vatsapda yeni funksiya yaradılıb.

Turaz.org xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Messencer qrup çatlarında sorğuların keçirilməsi funksiyasını sınaqdan keçirir.

Mütəxəssislərin fikrincə, bu funksiya iOS üçün tətbiqin beta versiyasında yaradılıb.

Qrup çatları daxilində sorğunun yaradılması şifrələmə ilə qorunacaq. İstifadəçilər sualı daxil edərək səsverməyə başlayacaq və nəticələr qrup çatı daxilində göstəriləcək.

Funksiyanın nə qədər çevik olacağı hələ məlum deyil.

Bu funksiya Android üçün hələ tapılmayıb.

Müxbir: Əzizə Əlizadə

Translate »