Oktyabr 24, 2021

Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti UEC-nin iclasında çıxış edib!

Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti UEC-nin iclasında çıxış edib.Azərbaycan Avropa Velosipedçilər Birliyinin (UEC) Direktorlar Komitəsinin növbəti iclasında təmsil olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov və qurumun Rusiyadan olan vitse-prezidenti Aleksandr Qusyatnikov iclasa videokonfrans rejimində qatılıblar.Müzakirələr zamanı qeyd olunub ki,

COVID-19 pandemiyası səbəbindən idmanın bütün növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin ciddi dəyişikliyə məruz qalması mötəbər qurumların rəhbərlərini

vəziyyətdən çıxış yolu axtarmağa sövq edir. Bununla əlaqədar Avropa Velosipedçilər Birliyi 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi),

BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkilində məcburi dəyişikliklər etmək məcburiyyətində qalıb.Tədbirdə “Tokio-2020” Yay

Olimpiya Oyunlarının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsinin planlaşdırıldığı, eləcə də bir sıra digər məsələlər nəzərə alınaraq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Minskin qəbul etməli olduğu birləşmiş

Avropa çempionatının yerinin dəyişdirilməsi məsələsi ciddi müzakirə olunub. Bundan başqa, gələn ilin martında Danimarkada keçiriləcək Avropa Velosipedçilər Birliyinin Konqresi,

qurumun prezidenti vəzifəsinə və Direktorlar Komitəsinin üzvlüyünə yeni seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVİF-in birinci vitse-prezidenti S.Ələkbərov iclasda çıxış edib.

Mənbə:azertag.az

Müxbir: Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/cenubi-koreya-tetil-eden-hekimlere-koronavirus-hadiselerinin-artmasi-seraitinde-islemeyi-emr-edir/

https://turaz.org/turkiyenin-diyarbekir-seherinde-ildirim-7-lice-narko-terror-emliyyati-baslayib/

Translate »