Venesuela hüquq-mühafizə orqanları antikorrupsiya araşdırması çərçivəsində 42 məmuru saxlayıb.
Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu bir müddət əvvəl bəzi dövlət qulluqçularının saxlanmasından sonra korrupsiyaya qarşı mübarizəyə başlanıldığını elan edib.
“La Nacion” qəzetinin məlumatına görə, korrupsiya ilə məşğul olan şəxslərin saxlanılması əməliyyatı martın 17-də başlayıb. Eyni zamanda, Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft naziri Tarek əl-Aisaminin istefasını qəbul edib və dövlət neft-qaz şirkətindən korrupsiyanı təmizləyəcəyinə vəd verib.
Baş Prokurorluğun məlumatına görə, araşdırılan cinayətlər hakimiyyətin müxtəlif qollarına və səviyyələrinə aiddir, ölkənin inkişafı və ədalət mühakiməsi üçün strateji sahələr cəlb olunub.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”