Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.
Turaz.org-un məlumatına görə,Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – məlumatda bildirilib.
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı:
mod.gov.az//images/pdf/6b064b1312428f62f842328a94b85f09.pdf
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür