Dekabrın 6-da Özbəkistan Xarici İşlər naziri Vladimir Norov Böyük Britaniyanın səfiri Tim Tarlotu qarşılayıb.
Turaz.org xəbər verir ki, görüşdə tərəflər Özbəkistan və Böyük Britaniya arasında qarşılıqlı əlaqələrin cari vəziyyətini və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Tərəflər dekabrın 1-də Polşanın Lodz şəhərində xarici işlər nazirlərinin danışıqlarınının eləcə də Böyük Britaniyanın 73 aparıcı şirkətinin iştirak etdiyi UBiTC -nin (Ultra Brain Investment and Trading Company) 26 –cı iclasının səmərəli nəticələrini müzakirə ediblər. Yuxarıda qeyd olunan görüşlər çərçivəsində əldə olunmuş bütün razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Tərəflər müxtəlif səviyyələrdə gələcək birgə tədbirlərin təşkilati məsələləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda dekabrın 15-də keçiriləcək Xarici İşlər nazirlərinin müntəzəm iclası ətraflı müzakirə edilib
Ticarət, iqtisadi və investesiya sahələrində əməkdaşlığın qurulmasına xüsusi diqqət edilib. Səfir Britaniya ekspertlərinin iştirakı ilə GSP+ sistemindən istifadə, kapital bazarının və bank sektorunun inkişafı sahəsində Böyük Britaniya təcrübəsinin öyrənilməsi ilə bağlı seminarlar təşkil etməyə hazır olduğunu bildirib.
Mədəni və humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı konkret təkliflərə də baxılıb.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/yaponiya-ozbekistana-yeni-sefir-teyin-edib/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək