Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
təltif edilənlər arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin Fərmanı ilə İ.Babayev “Əmək və cəsarət” medalı ilə təltif edilib.
Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) İnformasiya texnologiyaları fakültəsində təhsil alıb. 1986-1987-ci ildə KİMMU-nun İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya qəbul olunub, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirib.
Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə “İlin ən yaxşı ixtiraçısı” adına layiq görülüb
Menbe:azertac.az
Xususu muxbir;turaz.org xüsusi müxbiri Heydərli Şəbnəm
Həmçinin bax:https://tehsilim.org/inkluziv-siniflerde-telim-strategiyalari-adli-novbeti-onlayn-telim-ugurla-kecirilib/
Son Xəbərlər
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan
MM sədri Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib