May 22, 2022

Volodimir Zelenski Ukraynanın insan itkilərinin sayını açıqlayıb

Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub.

Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı Ukraynanın daha 316 hərbçisi yaralanıb.

“İlkin məlumatlara görə, təəssüf ki, bu gün biz artıq 137 qəhrəmanımızı, vətəndaşlarımızı, o cümlədən 10 zabitimizi itirmişik. 316 nəfər yaralanıb”, – Prezident ukraynalılara müraciətdə bildirib.

Dövlət başçısı bildirib ki, digər hakimiyyət nümayəndələri ilə birlikdə Kiyevin hökumət kvartalında qalmaqda davam edir. O, ölkəni tərk etmədiyini deyib.

“Mən paytaxtda qalıram, xalqımla qalıram. Mərkəzi hökumətin işi üçün lazım olan hər kəslə birlikdə hökumət məhəlləsində qalıram”, – Ukrayna lideri vurğulayıb.

Ukrayna lideri Rusiya ilə Ukraynanın neytral statusu barədə danışmaqdan qorxmadığını bildirib.

“Biz Rusiyadan qorxmuruq, Rusiya ilə danışmaqdan qorxmuruq, hər şeyi, dövlətimiz üçün təhlükəsizlik təminatları haqqında danışmaqdan çəkinmirik, neytral status haqqında danışmaqdan çəkinmirik”, – Zelenski bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna öz dövlətini qorumaqda tək qalıb, Qərb isə yalnız ona dəstəkdən danışır.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/zelenski-umumi-seferberlik-haqqinda-ferman-imzalayib/

Translate »