Mart 29, 2023

Vüqar İsayev mətbuat nümayəndələri ilə görüş keçirib

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru elmi tədqiqat işlərinin yekunu ilə bağlı ictimaiyyətə məlumat verib.

 

Turaz.org xəbər verir ki, tədbirdə Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev mətbuat nümayəndələrinə görülən işləri çatdırıb.

 

Bildirilib ki, burada tədqiqat işləri sonuncu dəfə sovet dövründə 1960-cı illərdə aparılıb.

 

Hazırki tədqiqat işlərinə İtaliya və İspaniyadan 10-a yaxın mütəxəssisin dəvət olunduğu bildirilib.

 

Əldə olunmuş 20-dən artıq yeni təsvir ictimaiyyət üçün sərgilənib.

 

Xarici mütəxəssislər 7 mədəni təbəqə aşkar etdiklərini və bu Neolit təbəqəsinin eramızdan əvvəl 6-cı əsrə aid olduğunu qeyd edib.

Translate »