Noyabr 28, 2021

Vyetnam Azərbaycanın peyvənd pasportlarını tanıyıb

 

Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.

 

Turaz.org xəbər verir ki, bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.

 

O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.

 

Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/senbe-gununun-hava-proqnozu-aciqlanib-3/

Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezinde-bas-muhasib-ve-muhasib-vezifeleri-uzre-vakansiyalar-elan-edilib/

Translate »