Oktyabr 24, 2021

“Wi-Fi 6” texnologiyasının tətbiqi sahələri araşdırılır

“Wi-Fi 6” texnologiyasının tətbiqi sahələri araşdırılır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Wi-Fi 6” texnologiyasının tətbiqi sahələri araşdırılır.
“Wi-Fi 6”nın əsas xüsusiyyəti OFDMA (ortogonal tezlik bölməli çoxsaylı çıxış) dəstəyinin olmasıdır. OFDMA, eyni zamanda, daha çox insanın, cihazların bir-birinə qoşulmasını təmin etmək imkanına malik texnologiyadır. “Wi-Fi 6”, həmçinin “Target Wake Time” funksiyasına malikdir. Bu xüsusiyyət cihazların yuxu rejiminə keçməsinə və cədvəl üzrə qeyd olunmuş vaxtda “oyanmasına” imkan verir.
Qeyd olunub ki, “Wi-Fi 6”nı dəstəkləyən cihazların sayı hazırda azdır. Yalnız bir neçə yüksək səviyyəli noutbuklar və “Wi-Fi” qəbulediciləri bu texnologiyanı dəstəkləyir.

Mənbə: azertag.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://turaz.org/affa-nin-emekdasi-beynelxalq-oyuna-teyinat-alib/

Translate »