Oktyabr 3, 2022

Xaçmazda bir sıra oğurluq və dələduzluq edən keçmiş məhkum tutulub

Xaçmaz rayonunda bir sıra oğurluq və dələduzluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakini M.Həsənovanın bank hesabından 100 manat pul, bir evdən 95 manat dəyərində samovar və təmir aləti, digər evdən məişət əşyaları, inzibati binaların birindən velosiped, bir mağazadan pul və tütün məmulatı, bir çayxanadan pivə aparatının mühərrikini oğurlamaqda, həmçinin rayon sakini N.Bəşirovu aldadaraq 75 manat pulunu almaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:azertag.az
Həmçinin bax:https://www.bbc.com/azeri/region-53860329

https://kafkazh.com/elxan-elatli-xeste-ruhlar-eserinden/

Translate »