Dekabr 5, 2022

Xaricdə təhsilin üstünlükləri

Xaricdə təhsil almanın üstünlüyünü görmək istəyrisinizsə istənilən xaricdə oxumuş tanışlarınızdan bu haqda soruşa bilərsiniz. Xaricdə təhsilin faydaları ev sahibi ölkənin yeni ərazilərini, təbii möcüzələrini, muzeylərini və görməli yerlərini görmək imkanıdır. Bundan başqa, xaricdə olduğunuzda, həmin ölkədə gəzməklə məhdudlaşmayacaqsınız – qonşu ölkələri də görəcəksiniz! Məsələn, İtaliyada təhsil alırsınızsa, Amsterdam, London, Barselona və Berlin da daxil olmaqla bir çox müxtəlif yerlərdən keçmək imkanınız olacaq.
Turaz.org bu barədə maraqlı məlumatları diqqətinizə çatdırır. Xaricdə təhsil almaq istəyən bir çox tələbə ilk dəfə evlərini tərk edir. Onlar yeni ölkəyə gəldikdə, fərqli mədəni perspektivlər ilə təəccüblənirlər. Xaricdə təhsil aldığınız zaman fərqli yeni qidalar, ənənələr, sosial atmosferlə tanış olacaqsınız. Siz tamamilə yeni həyat tərzinə şahid olmaq imkanı əldə edəcəksiniz. Həmdə yemək bişirməyi öyrənəcəksiniz.

Ən vacib amil olan təhsilin yüksək keyfiyyətidir. Burada bunuda qeyd etməliyik ki, Azərbaycanda da keyfiyyətli təhsil verən universitetlər az deyil. Bunlara misal olaraq ADA , Xəzər və s. kimi özəl universitetlərdə təhsil son dərəcə yüksək keyfiyyətli və müasir texnologiyalar ilə tədris olunur. Lakin bəzi universitetlərdə texniki cəhətdən qane edici deyil.

İşləməyən avadanlıqlar, tədrisin müasir texnologiya ilə təşkil olunmaması və s. səbəblərdən dolayı gənclər Azərbaycan universitetlərini deyildə, xarici universitetləri seçirlər. Yerli universitetlərdən ən çox edilən şikayətlərdən biridə yaşlı nəsil nümayəndəsi olan qiymət verməyən və yeniliyə açıq olmayan müəllimlərdir. Xarici universitetlərdə müəllim tələbə münasibətlərində bu cür şikayətlərə rast gəlinmir. Bakalavr təhsilini bitirib yerli universitetlərdəki vəziyyətlə tanış olduqdan sonra istər müasir texnologiyası və yüksək keyfiyyətli təhsili ilə, istərsədə yeniliyə açıq və savadlı pedaqoqları ilə tələbələrimiz xarici universitetləri magistr təhsillərini davam etdirmək üçün daha çox seçirlər. Müxtəlif şəhərlərdən yeni insanlarla dostluq və əlaqələr qurmaqla özünüzə həm də yeni imkanlar və yeni qapılar açmış olursunuz. İşləmək və təcrübə proqramlarında iştirak etməklə networking əlaqələriniz genişlənəcəkdir. Hətta bəlkədə orada qalıb işləyə və yaşamaq istəyəcəksiniz.

Ölkəyə qayıtdıqda isə iş imkanlarınız genişlənəcək və digər namizədlərdən daha tez iş tapa biləcək və seçilən namizədlərdən olacaqsınız. Həm dil biliyinizlə, həm də təhsil və təcrübənizlə siz yeni və uğurlu imkanlar əldə edə biləcəksiniz. Bir sözlə bu və başqa əsaslı səbəblərdən dolayı məhz xaricdə təhsil almağa dəyər!

 

Araşdırmaçı: Turaz.org Təhlil komandası – Firuzə Məlikzadə

Translate »