Fevral 3, 2023

Xaricdən ölkəyə qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar üçün cərimələr müəyyənləşib

Xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar cərimə ediləcək.

 

Turaz.org-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

 

Dəyişikliklə Məcəlləyə yeni 482-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə olunub.

 

Qeyd edilib ki, Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə ediləcək.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ali-bas-komandan-azerbaycan-turkiye-birliyi-sarsilmazdir-ebedidir/

Translate »