Oktyabr 20, 2021

Xarici ali təhsil sahəsində ixtisasların tanınması və nostrifikasiyası qaydalarında edilən dəyişiklik.

Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli müvafiq Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik

edilib.Turaz.org Təhsil Nazirliyinə istinadən xəbər verir ki,dəyişikliyə əsasən, xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində

göstərilən xidmətlərə görə dövlət rüsumunun ödənilməsi ləğv olunub və Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan məbləğdə xidmət haqqı ilə əvəzlənib. Qeyd edək ki,

hazırda sözügedən xidmət haqqı məbləğinin miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyi üçün xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və

ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvəqqəti olaraq ödənişsiz qaydada həyata keçirilməkdədir.

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Nağızadə Ayşən

Həmçin bax:https://turaz.org/telebe-nezaret-qrupu-yeni-tedris-ilinden-danisdi/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »