İyun 3, 2023

“Xarici dövlətlərin hərbiləşdirilmiş strukturlarına əsgər qəbulu cinayət məsuliyyətinə səbəb olur” – Ədliyyə Nazirliyi

Fevralın 28-də Ədliyyə Nazirliyinin “Hüquqi məlumat” kanalından verilən məlumata əsasən, Özbəkistan vətəndaşlarının xarici dövlətlərin hərbiləşdirilmiş və hüquq-mühafizə orqanlarında xidmətə cəlb edilməsi cinayət məsuliyyətinə səbəb ola bilər.

Turaz.org xəbər verir ki, Özbəkistanın Ukraynadakı səfiri Əlişir Kurmanov fevralın 28-də Daryo.uz-a müsahibəsində bildirib ki, özbəklərin döyüşlərdə iştirak etməsi ilə bağlı səfirliyə hər hansı məlumat daxil olmayıb.

“Düşünmürəm ki, belə bir təşəbbüslə çıxış edən özbəklər olmayacaq. Soydaşlarımız bura başqa məqsədlə, əsasən də dolanışıq üçün gəliblər. Əgər belə bir məlumat olsaydı, ukraynalılar bizə mütləq məlumat verərdilər. Amma bizimlə də əlaqə saxlamayıblar”, -deyə Əlişir Kurmanov bildirib.

Bundan əvvəl, fevralın 25-də sosial şəbəkələrdə özbəkdilli sürücünün Rusiya hərbçilərini Donbass bölgəsinə aparan yük maşını sürdüyünü əks etdirən video yayılıb.

“Nastoyaşe Vremya” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya özbək miqrantları işə cəlb edir. Həmçinin bildirilir ki, özbək miqrantlar “UzMigrant” saytı vasitəsilə Rusiya ordusunda oxşar iş tapırlar. Miqrantların hərbi əməliyyatlar ərazisində işləməyə razılıq verməsinin səbəbi Rusiya vətəndaşlığının sürətlə alınması və ya böyük əmək haqqıdır.

UzMigrant miqrantlara Rusiya ordusunda iş tapmaqda kömək etməyib, lakin bunun Mərkəzi Asiyadakı özbəkdilli miqrantlar üçün hüquqi məlumat xidməti olduğunu bildirib.

“Biz heç bir vətəndaşı (istər özbək, istərsə də başqa ölkələrin vətəndaşları) Ukraynadakı döyüşlərə qoşulmağa təşviq etmirik. Biz heç bir hərbi və ya hərbiləşdirilmiş strukturlarla əməkdaşlıq etmirik”, – deyə UzMigrant-ın bəyanatında deyilir.

Qeyd edək ki, Özbəkistan Respublikasının Cinayət Məcəlləsi əmək fəaliyyəti ilə bağlı cinayətlərə görə iki maddə ilə məsuliyyət müəyyən edir.

O cümlədən, Cinayət Məcəlləsinin 154-cü maddəsinə əsasən, mübahisə edən dövlətin vətəndaşı və ya hərbi qulluqçusu olmayan və ya heç bir dövlət tərəfindən silahlı qüvvələrdə xidməti vəzifələrini yerinə yetirmək səlahiyyəti olmayan və başqa dövlətdən maddi mənfəət əldə etmək məqsədi ilə ərazisində hərbi əməliyyatlarda iştirak edən şəxs bir ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bu maddə, həmçinin muzdlu şəxsə təlim keçmək və ya maddi dəstək göstərmək üçün məsuliyyəti ehtiva edir.

Məcəllənin 154-1-ci maddəsi xarici dövlətlərin hərbiləşdirilmiş orqanlarının xidmətinə daxil olma məsuliyyətini müəyyən edir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/dsk-ozbekistanin-esas-xarici-ticaret-terefdaslarinin-adlarini-aciqlayib
Həmçinin bax: kafkazh.com/sintaktik-butovlerin-qrammatik-semantikasi

Translate »