Dekabr 4, 2022

Xarici işlər naziri Norov ABŞ-ın yeni səfiri Conatan Heniki qəbul edib 

Vladimir Norov Conatan Heniki vəzifəyə başlaması münasibətilə təbrik edib.

 

Turaz.org xəbər verir ki, xarici işlər naziri Vladimir Norov noyabrın 15-də ABŞ-ın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Heniki qəbul edib.

 

 

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib, nazir də öz növbəsində onu vəzifəyə başlaması münasibətilə təbrik edib və ona peşəkar fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər əvvəllər əldə edilmiş razılaşmaların icrasının gedişatını, eləcə də ikitərəfli səviyyədə və C5+1 (Mərkəzi Asiya + ABŞ) formatında keçiriləcək tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

Tərəflər ticarət və investisiya əlaqələrinin qurulması, o cümlədən Amerika kapitalının və texnologiyasının Özbəkistan iqtisadiyyatına cəlb edilməsi, tekstil, əczaçılıq, enerji və İKT sahələrində birgə müəssisələrin yaradılması, maliyyə əməkdaşlığının gücləndirilməsi üçün mövcud imkanları qeyd ediblər.

Əfqanıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb, bu ölkəyə beynəlxalq yardımın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi : İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/monqolustan-turistler-ucun-onlayn-platforma-istifadeye-verir/

Translate »