Oktyabr 5, 2022

Xarici ölkələrdən Estoniyaya qayıdanlar özünütəcrid rejimində qalmamaq üçün test verəcəklər.!

Xarici ölkələrdən Estoniyaya qayıdanlar özünütəcrid rejimində qalmamaq üçün test verəcəklər.

Sentyabrdan etibarən ölkə xaricindən qayıdanlar 14 günlük özünütəcrid rejimi əvəzinə koronavirus üzrə test verəcəklər. Testlərinin nəticələri neqativ çıxan şəxslər işə gedə biləcəklər. Bununla yanaşı, onlar insanların toplaşdıqları məkanlardan uzaq durmalı, bir həftə sonra isə təkrar test analizi verməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu sosial media hesabında məlumat verib.Nazir bildirib ki, bu üsul səyahət etməyə imkan verən, lakin əhalinin sağlamlığını qoruyan etibarlı alternativdir.

“Səfərdən qayıtdıqdan sonra məcburi karantin rejiminə riayət etmədən işə getmək yalnız koronavirus üzrə test analizinin nəticəsi neqativ çıxacağı halda mümkün olacaq.

Test analizinin cavabı müəyyənləşənə kimi özünütəcrid rejiminə riayət edərək və digər insanlarla ünsiyyəti məhdudlaşdıraraq evdə qalmaq lazımdır”, – Urmas Reynsalu əlavə edib.

Mənbə:azertag.az

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/rusiya-ucan-gemiler-ile-ehate-olunacaq/

https://turaz.org/putinin-tenqidcisi-zeherlendiyi-deyilen-navalninin-almaniyaya-aparilmasi-ucun-teyyare-gonderilib/

Translate »