Oktyabr 5, 2022

Xınayaxdı mərasimi keçirənlər cərimələnib

Yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal sözügedən ünvana gələrək 40 nəfərlik məclisin keçirilməsinin qarşısını alıb.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejiminin qaydaları onlara izah olunub.
Məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Məclisin təşkilatçısı olan İ.Nuriyev və onun qudası Lənkəran rayon sakini M.Allahverdiyev barəsində toplanmış materiallar isə baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:azertag.az

Həmçinin bax:https://www.bbc.com/azeri/azerbaijan-53835705

https://kafkazh.com/quslar-sinifi/

Translate »