Oktyabr 28, 2021

Xızı üzərində S- 300 vurulub- Açıqlama

Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində S-300 raketinin qalıqları aşkarlanıb.

Turaz.org xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.

Translate »