Sentyabr 30, 2022

“Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib

Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Turaz.org xəbər verir ki, müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.

Müsabiqədə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqəyə ümumilikdə 135 rəsm və əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər müəyyən edilib.

Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.

Xüsusi Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: /turaz.org/bmt-nin-binasi-onunde-xocali-faciesini-eks-etdiren-sergi-teskil-olunacaq/

Translate »