Mart 25, 2023

Xocavənddə məhv edilən helikopterin qalıqlarının görüntüləri yayılıb

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqlarının görüntülərini yayıb.

Turaz.org xəbər verir ki, görüntülərdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən vurulan helikopterin tamamilə məhv olduğu görünür.

Qeyd edək ki, avqustun 11-də Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb.

 

Translate »