Sentyabr 30, 2022

Xorvatiyanın HINA milli xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə yazır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında daha bir məqalə Xorvatiyanın HINA milli xəbər agentliyi tərəfindən yayılıb.
Məqalədə Birinci vitse-prezidentin ictimai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlara nəzər salınır.
Yazı AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” adlı məqaləsi əsasında hazırlanıb.
Azərbaycanın inkişafına xidmətin, sosial məsələlərin həllinin, şəfqət və mənəviyyat ideyalarına sədaqətin, ehtiyac duyan insanlara yardımın Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil etdiyi vurğulanan məqalədə bildirilir ki, Birinci vitse-prezident dövlət başçısı İlham Əliyevlə çiyin-çiyinə Azərbaycanın dinamik inkişafına böyük töhfə verir.
Yazıda Mehriban Əliyevanın Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi töhfələrdən bəhs edilir.
Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də dünya miqyasında yüksək qiymətləndirildiyi, onun bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanır.
Qeyd edək ki, Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics” portalı, Avropa Xəbər Agentliyi, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, İndoneziyanın və ərəb ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən yayılıb.

Müxbir:turaz.org xüsusi müxbir Arzu Əliyeva
 Mənbə:azertag.az

Həmçinin bax:https://kafkazh.com/biotexnologiya/

https://azertag.az/xeber/Xorvatiyanin_HINA_milli_xeber_agentliyi_Birinci_vitse_prezident_Mehriban_Aliyevanin_fealiyyeti_barede_yazir-1571695

Translate »