Noyabr 27, 2021

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib.

12-13 oktyabr tarixlərində keçirilən xüsusi təhsil müəssisələri üzrə işə qəbul üçün vakansiyalara müraciət edən namizədlərin məlumatları emal edildikdən sonra onlardan 44 namizəd seçilərək müsahibə mərhələsinə dəvət olunub. Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılıb.

Qeyd edək ki, müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

 

Müxbir: Nağızadə Ayşən

Translate »